AZ

Tərtərdə qasırğanın fəsadları aradan qaldırılır

Tərtərdə

İyunun 20-də axşam saatlarında əsən güclü küləyin Tərtər rayonunda törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Qasırğanın törətdiyi fəsadların aradan qaldırılması üçün gecə saatlarından etibarən, Tərtər Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərdə olub, müvafiq işlərin həyata keçirilməsi üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikaları cəlb edilib.Qırılmış elektrik xətləri və dirəkləri bərpa edilir, aşmış ağaclar doğranaraq ərazidən təmizlənir.Qeyd edilir, güclü külək nəticəsində təqribən 20 ağac, 10-dan artıq elektrik dirəyi, 3 ədəd gecə işıqlandırma dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.Report

Diqqət Çəkənlər

Şuşa məktəbindən "kriminal" görüntülər - VİDEO

Şuşa məktəbindən "kriminal" görüntülər - VİDEO

Şimali Koreyanın lideri Putinə 2 it bağışladı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
ulusum.az

4Mənbələr