AZ

Növbədənkənar seçkilərlə bağlı Milli Məclisdə KOMİSSİYA YARADILDI

Növbədənkənar seçkilərlə bağlı Milli Məclisdə KOMİSSİYA YARADILDI




Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi ilə bağlı layihənin hazırlanması üçün parlamentdə komissiya yaradılıb. Patrul.az​​​​ xəbər verir ki, komissiyanın sədri Milli Məclisin vitse-spikeri Adil Əliyev olacaq. Komissiyanın üzvləri isə aşağıdakı deputatlardır: Siyavuş Novruzov; Tahir Rzayev; Eldar Quliyev; Fəzail Ağamalı; Elşən Musayev; Nigar Arpadarai. Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib Parlamentin bu gün keçirilən iclasında isə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
37
patrul.az

10Mənbələr