AZ

Taksi fəaliyyəti üçün icazə alanların sayı 6 mini ötdü

Bu günədək Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6000-dən çox olub.Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
    Məlumata görə, taksi fəaliyyəti göstərmək üçün təlim keçən sürücülərin sayı 23 000-ni ötüb.

    Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    21
    8
    metbuat.az

    4Mənbələr