AZ

Azərbaycanda qanunvericilikdə velosiped zolağı, cığırı və yolu anlayışları daxil edilir

Bakı. Trend:

Azərbaycanda qanunvericilikdə velosiped zolağı anlayışı daxiledilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanunadəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, velosiped zolağı yolun hərəkəthissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrininhərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş vəuzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.

Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyatvasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlamasıilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırıdigər yoldan və ya eyni yolun digər elementlərindən konstruktivşəkildə ayrılır.

Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrininhərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və yazolağıdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşdaqəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
az.trend.az

3Mənbələr