AZ

Ceyk Sallivan və NATO-nun baş katibi Yens Stoltenberq görüşüb

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və NATO-nun baş katibi Yens Stoltenberq görüşüb. Onlar Qərbin hərbi-sənaye kompleksinin canlandırılması üzrə tədbirləri müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Sallivan və Stoltenberq NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə hazırlıq, o cümlədən müttəfiqlərin dayanıqlığının gücləndirilməsi və transatlantik müdafiə sənayesinin daha da canlandırılması barədə danışıblar.

Onlar həmçinin Ukraynanın sarsılmaz dəstəyini vurğulayıblar. Görüşün dəqiq harada keçirildiyi açıqlanmır.

Qeyd edək ki, Stoltenberqin sədrliyi ilə iyulun 9-11-də ABŞ paytaxtında NATO-nun sammiti keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
nocomment.az

3Mənbələr