AZ

Bu, Əliyev və Putin arasında anlaşma sayəsində mümkün oldu - Hacıyev

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:

“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.

H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:

“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
21
teleqraf.com

10Mənbələr