AZ

ABŞ Rusiyanın Kaspersky şirkətinin proqram təminatının satışını qadağan etdi

Bildirilib ki, ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.

Turkustan.az xəbər verir ki, ABŞ ticarət naziri Gina Raimondo verdiyi açıqlamada qadağanın şirkətlə bağlı son dərəcə əhatəli araşdırmanın nəticəsi olduğunu bildirib.

Raimondo bildirib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və “silahlaşdırmaq” üçün Kasperski kimi Rusiya şirkətlərindən istifadə etmək qabiliyyətinə və niyyətinə malik olduğunu nümayiş etdirib.

ABŞ mətbuatında çıxan xəbərlərdə Kaspersky-nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, sentyabrın 29-dək mövcud müştərilərinə antivirus proqram təminatı təqdim edəcəyi qeyd edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
turkustan.az

5Mənbələr