AZ

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclası keçirilir

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclası keçirilir.

Olaylar xəbər verir ki, iclasın açılışını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev edib.

O bildirib ki, bu danışıqlar platforması 2021-ci ildə yaradılıb və görüşlər həm Moskvada, həm də Bakıda keçirilib.

"Rusiya Federasiyası ilə əməkdaşlığımız təkcə ikitərəfli xarakter daşımır. Təsadüfi deyil ki, bugünkü tədbirin mövzusu çoxtərəfli layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıqdır. Biz həm regional təhlükəsizlik məsələlərini, həm də bir sıra logistika və nəqliyyat məsələlərini həll edəcəyik", Fərid Şəfiyev deyib.

O qeyd edib ki, tədbirdə iki ölkənin aparıcı ekspertləri bir araya gəlib və KİV-də müəyyən hadisələrlə bağlı onların ekspert qiymətləndirmələrinin daha tez-tez verilməsi məqsədəuyğundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
olaylar.az

5Mənbələr