AZ

Ermənistan Fələstinin tanınması ilə bağlı bəyanat yayıb

Bakı. TurkicWorld :

Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.

TurkicWorld bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Bəyanatda deyilir ki, "müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin "iki dövlət" prinsipini dəstəkləyib".

"Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində "iki dövlət" prinsipini dəstəkləmişik", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
11
turkic.world

10Mənbələr