AZ

Parlament növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB

Parlament
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb. 1news.az xəbər verir ki, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib. *** 11:12 Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib. 1news.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib. O qeyd edib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
18
1news.az

10Mənbələr