AZ

İlk dəfə Naxçıvanda da müəllimlər sertifikasiya imtahanı verirlər

Bu il ilk dəfə Naxçıvanda da müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunub.

Vətəninfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan riyaziyyat, xarici dil, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri bu gün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edirlər.

Üç gün davam edəcək test imtahanları Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
veteninfo.az

3Mənbələr