AZ

Yenidoğulan körpələrdə fizioloji sarılıq normal və müvəqqəti vəziyyətdir - SN

Bakı. Trend:

Yenidoğulanlarda sarılıq tez-tez rast gəlinən vəziyyətdir.Xüsusilə də vaxtından əvvəl doğulan uşaqlarda sarılıq daha çoxtəsadüf edilir. Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Sevinc Mehdiyevadeyib.

Trend S.Mehdiyeva ilə müsahibəni təqdim edir:

Sevinc xanım, ilk öncə bilmək istərdik ki, yenidoğulanlardasarılıq nə zaman müşahidə olunur?

- Yenidoğulanların neonatal sarılığı qan zərdabında bilirubinsəviyyəsinin artması ilə əlaqədar dərinin, görünən selikliqişaların və göz almalarının sarı rəngə boyanmasıdır.

Sarılıq əlamətlərinin hansı səbəbdən yaranmasını həkimlərnəzarətdə saxlamalı, ailələri lazımsız və erkən müdaxilələraparılmaması üçün məlumatlandırmalıdırlar.

- Körpələrdə sarılığın hansı növləri var və onların əsassimptomları hansılardır?

- Sarılığın fizioloji və patoloji növləri olur. Fiziolojisarılıq əsasən uşaq həyatının 2-3 sutkasında müşahidə edilir vətəqribən 2-3 həftədə tamamilə aradan götürülür. Yenidoğulanlarınvəziyyəti normal olur. Anaları bu dəyişikliklər narahat edir vəonlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdənşübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçünheç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yənibu heç bir xəstəliyin əlaməti deyil.

Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez,əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davamedir. Patoloji sarılıq zamanı dəri və görünən selikli qişalarınsarılığından başqa, qaraciyər və dalağın böyüməsi, nəcisin rəngsizaxolik olması, sidiyin tündləşməsi, yenidoğulanın süstlüyü vədöşdən imtina etməsi kimi əlamətlər ola bilər. Əgər bu əlamətlərdənhər hansı biri müşahidə edilərsə mütləq həkim ilə məsləhətləşməklazımdır.

- Yenidoğulanlarda sarılığın səbəbləri hansılardır və necədiaqnoz edilə bilər?

- Fizioloji və patoloji sarılıqların yaranma səbəblərimüxtəlifdir. Fizioloji sarılıq qaraciyər və dalağınqeyri-yetkinsizliyi, qanyaranma sisteminin bir sıra xüsusiyyətləri,ana südünün yetərsizliyi, yenidoğulanın bədən kütləsinin az olmasısəbəblərindən qeyd oluna bilər.

Patoloji sarılıq isə müxtəlif xəstəliklərin o cümlədən, ana iləuşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və ödaxarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsindəinkişaf edir.

Həkimlər tərəfindən keçirilən fiziki yoxlanış zamanı sarılıqasanlıqla diaqnoz edilə bilər. Həkimlər körpənin dəri rənginiqiymətləndirir və ‘transcutaneous bilirubinometer’ adlanan cihazilə, yaxud qan testi verilərək, bilirubin səviyyəsi təyinolunur.

- Yenidoğulmuşlarda sarılıq təhlükəlidirmi?

- Yenidoğulan körpələrdə fizioloji sarılıq normal və müvəqqətibir vəziyyətdir və bir çox hallarda öz-özünə keçir. Fiziolojisarılıq zamanı spesifik müalicəyə ehtiyac yoxdur. Onun ən yaxşımüalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz busəbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonrayalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Bilirubinin səviyyəsinin enməsi ücün körpə tez-tez döşəqoyulmalı, təmiz havada çox olmalı və günəş vannaları qəbuletməlidir. Sarılıqların müalicəsində venadaxili maye köçürülməsi,qlükoza içirilməsi tamamilə əsassızdır.

Fizioloji sarılıqdan fərqli olaraq, patoloji sarılıq körpələrdəmütləq və təcili müalicə olunmalıdır. Patoloji sarılıq zamanıbilirubin səviyyəsinin yüksək olması müalicə aparılmadıqda, bir çoxfəsadlara, o cümlədən nevroloji problemlərə səbəb olaraq sinirsistemində geriyədönməz ağır dəyişikliklərə yol aça bilər. Busəbəbdən patoloji sarılığın bütün növləri mütləq stasionardamüalicə olunmalıdır.

Müalicə bilirubin səviyyəsi və xəstəliyə səbəb olan faktordanasılı olaraq dəyişə bilər. Əsas müalicə metodu – fototerapiyadır.Fototerapiya üsulumüxtəlif lampaların işığının təsirindən hidrofobqeyri-düz bilirubinin suda həll olan formaya keçərək, öd və sidikləxaric olmasına əsaslanır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
az.trend.az

8Mənbələr