AZ

Lənkəran bazarında güclü yanğın olub

Lənkəran şəhərindəki bazarda yanğın başlayıb.

FED.az xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərin birində başlayıb və ətrafa yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilb. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.

***

FHN-dən bildirilib ki, Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
fed.az

10Mənbələr