AZ

“Növbədənkənar parlament seçkiləri ölkəmizin bütün suveren ərazilərində baş tutan ikinci seçkidir”- Əli Hüseynli

“Bu ilin noyabrında ölkəmizdə nüfuzlu COP29 tədbirinin keçirilməsi nəzərdə tutulur. Beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi də Azərbaycanın öhdəliklərindən biridir. Bu səbəbdən də parlamentə növbədənkənar seçkilərin keçirilməsi vacibdir”. 

Missiya.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxış edən parlamentin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli səsləndirib: “Növbədənkənar parlament seçkiləri fevralda keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində baş tutan ikinci seçkidir. Bütün bunları nəzərə alaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq, Parlamentin buraxılması və növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı Prezidentə müraciət edilməsini məqsədəuyğun hesab edirik”.

 

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
missiya.az

2Mənbələr