AZ

“Türk dünyasının birliyi sabitliyə xidmət edir”

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı da özündə bütün məqamları ehtiva edir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir.

M. Həsənov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilə gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək:

“Bu tədbirlərin keçirilməsi dünənə baxış əsasında qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsində olduqca əhəmiyyətlidir. Bu baxımdan İlham Əliyev bildirir ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”.

Millət vəkili bu məqamı böyük qürur hissi ilə bildirib ki, artıq dörd ilə yaxındır təkcə paytaxt Bakı deyil, işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir:

“Ən əsası Şuşadan həm dünya azərbaycanlılarının, həm də bütün türk dünyasının birliyinin dünyaya çatdırılması qürurverici olmaqla yanaşı, hazırkı dövrün əsas çağırışlarını özündə ehtiva edir.

Hazırkı dövrün əsas çağırışlarından birinin məhz iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi olduğunu nəzərə alsaq həm iyul ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, həm də Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 bu sahədə də birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
5
qafqazinfo.az

2Mənbələr