AZ

Qarabağ Universitetində yeni vakansiya elan olunub

Qarabağ Universitetində Musiqişünaslıq, pianino, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.
 
Vakansiya üzrə son müraciət tarixi 7 iyuldur. 

Namizədlər müraciətlərini mövzu yerinə "_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
 
Mayın 20-də Universitetə rektor, mayın 29-da isə fakültə dekanları təyin olunub.
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
Mayın 17-si Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova  Qarabağ Universitetinə bu il üçün əcnəbi tələbə qəbulu nəzərdə tutulmadığını söyləyib.

İlk illərdə Qarabağ Universitetinə qəbul olan tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 

Aygün






www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
anews.az

10Mənbələr