AZ

Rusiyada kütləvi PUA hücumu - 1 ölü, 4 yaralı

Ukrayna Rusiyanın Krasnodardakı "Yujnıy" avtovağzalının və qazanxana binalarına kütləvi PUA hücumu təşkil edib.

Olaylar bildirir ki, PUA hücumu nəticəsində bir qazanxana işçisi ölüb, 4 nəfər isə xəsarət alıb.

Kanada səfiri İran XİN-ə çağırıldı

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Krım ərazisi və Qara dəniz üzərində Ukraynaya məxsus 70 PUA-nı, Krasnodar diyarı üzərində 43 PUA və Volqoqrad vilayəti üzərində bir PUA-nı məhv etdiyi barədə məlumat yayıb.

Həmçinin, Qara dənizin şimal-qərb hissəsində dəniz aviasiya qüvvələrinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 pilotsuz katerini məhv etdiyi bildirilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
79
8
olaylar.az

9Mənbələr