AZ

Ermənilərin saxtakarlığının ifşa olunması üçün...

İstiqamət: 5.3.5 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan dövləti öz milli gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Şübhəsizdir ki, ermənilər və onların havadarları Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə iqtisadi, siyasi, hərbi və digər cinayətlərə görə cavab verəcəklər. 44 günlük Vətən Müharibəsi zamanı, ondan öncə və ondan sonra da Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm işlər görür. Diaspor təşkilatları, KİV birmənalı şəkildə Azərbaycan həqiqətlərini dünyaya yayır. 

 Politoloq Natiq Miri bildirir ki, hər nə qədər Azərbaycan tərəfi soyqırıma məruz qalsa da, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir və bu bir informasiya savaşına çevrilməkdədir: 

"Birinci Dünya müharibəsindən sonra "qondarma erməni soyqırımı" adı altında belə bir ideoloji ortaya atdılar və bunun müəllifi ingilislərdir. O gündən bu günə, ermənilər bunu milyardlar istehsal edən sənayeyə çevirdilər. 

Birincisi, bu cür yalançı soyqırıma məruz qalmış bir millət, xristianlar, etnos kimi bir yazıq obrazı yaratmaqla bütün xristian dünyasından yardımlar alır və bu kontekstdə ermənilərin ayaqda durmasına imkan açır və erməni lobbisinin əksər ölkələrdə birləşməsinə və güclənməsinə şərait yaradır. Eyni şey Azərbaycana yönəlik də özünü göstərdi. Azərbaycan-Ermənistan müharibəsi kontekstində soyqırıma məruz qalan tərəf Azərbaycan olsa da, yəni 1992-ci il fevralın 26-sı Xocalıda baş verən soyqırım hadisəsinə Azərbaycan məruz qalsa da, Ermənistanı yazıq obrazında təqdim edir, zorla qovulmuş, guya məhvə düçar olmuş və soyqırım tətbiq olunmuş kimi təqdim edirlər. Bu məsələdə bir çox xristian ölkələri, Avropa, Amerika Birləşmiş Ştatları, Kanada Ermənistana və onların işlərini tutanlara kömək edirlər. Ona görə bir çox həqiqətlərin və gerçəklərin ortalığa çıxarılması, hadisələrin olduğu kimi təqdim olunması və bu yalanların ifşasına ehtiyac var ki, ermənilərin, erməni lobbisinin əsl sifəti, saxtakarlığı, yalan tarixlər ifşa olunsun. Bunun başqa alternativi yoxdur. Mütləq mənada, onların yalançı həqiqətlərinin qarşısına doğruları qoymaqla bu prosesi ifşa etmək olar. Fikir verirsinizsə, nədənsə hər zaman yalançı qondarma soyqırımı hadisəsi ortalığa çıxan kimi Türkiyə bütün arxivlərin, eyni zamanda Türkiyədə Ermənistandakı arxivlərin və dünya arxivlərinin açılması şərtini irəli sürür. Sual olunur: niyə Ermənistan razı olmur? Ona görə ki, bu güzgüdə Ermənistan özünü əyri görəcəyinə, təkcə Ermənistan deyil, bütün dünyanın Ermənistanı yalançı və əyri görəcəyinə əmindir. Ona görə də bu güzgünü həqiqətən də erməni yalanlarına tutmaq lazımdır ki, bütün dünya bunların əsl sifətini görsün. Yəni bu bir informasiya savaşıdır. Bu, sadəcə hədəflərə çatmaq üçün deyil, həm də həqiqətləri, gerçəkləri ortaya qoymaq məsələsidir və düşünürəm ki, bu məsələ hər bir Azərbaycan, Türkiyə türkünün boynunun borcudur". 

 Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
olaylar.az

5Mənbələr