AZ

Mask "Tesla" fabriklərində minlərlə insanabənzər robotun peyda olacağını bildirib

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Mask qısa bir zamanda bir neçə min insanabənzər "Optimus" robotunun "Tesla"nın elektrik avtomobillərinin istehsal olunduğu fabriklərdə işləyəcəyini proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, o, bu barədə Ostində (Texas) keçirilən səhmdarların illik yığıncağında deyib.

“Mənim proqnozlarıma görə, gələn il "Tesla"da min, bəlkə də bir neçə mindən də çox "Optimus" robotu işləyəcək”- deyə Mask qeyd edib.

O hesab edir ki, insanabənzər robotların avtonomiya səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə artacaq.

Qeyd edək ki, Mask robot düzəltmək ideyasını 2021-ci ilin avqustunda açıqlamışdı. Həmin vaxt təqdim edilən layihəyə görə, "Optimus" insan boyda olacaq, 20 kq-a yaxın çəki qaldıra biləcək və insana gündəlik işlərində köməklik göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
banco.az

3Mənbələr