AZ

Zelenskinin şəxsi mühafizəçisi hakimiyyəti ələ keçirməkdə ittiham olunur

Ukrayna Dövlət Təhlükəsizliyi İdarəsinin 10 əməkdaşı departament rəhbəri vəzifəsini icra edəni “hakimiyyəti icazəsiz ələ keçirməkdə” ittiham edib. Söhbət prezident Volodimir Zelenskinin şəxsi mühafizəçisi Maksim Dontsdan gedir.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski may ayında Dövlət Təhlükəsizlik Departamentinin keçmiş rəhbəri Sergey Rudini işdən çıxarıb. Onun səlahiyyətlərini Rudinin müavini Maksim Donetsə həvalə edib. 

Zelenskiyə  göndərilən məktubda qeyd olunur ki, yeni rəis tabeliyində olanlara silahsız xidmətə getməyi əmr edib. Bu da təlimatları pozur və dövlətin yüksək vəzifəli şəxslərini müdafiə edərkən “gözlənilməz nəticələrə səbəb ola bilər”. Bundan əlavə, Donetsin şifahi əmri ilə bəzi zabitlər bütün partlayıcı maddələri və qurğuları saxlanmaq üçün Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) təhvil verib 

Onlar bu hərəkətləri qanunsuz və “dövlət hüquq-mühafizə orqanında hakimiyyətin özbaşına ələ keçirilməsi” adlandırıblar.

Gülayə Mecid 

 

Seçilən
177
12
unikal.az

10Mənbələr