Amerika Kuboku: Argentina qələbə ilə başladı – Video
Dünya çempionu Argentina yığması Amerika Kubokuna (Copa America) qələbə ilə başlayıb. Yeniavaz.com xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində keçirilən görüşdə Lionel Skaloninin rəhbərlik etdiyi komanda Kanadaya 2:0 hesabı ilə qalib gəlib. 49-cu dəqiqədə İngiltərə çempionu “Mançester Siti”nin hücumçusu Julian Alvareş Aleksis Mak Allisterin ötürməsini qola çevirib. 89-cu dəqiqədə isə Lionel Messinin ötürməsi ilə İtaliya çempionu “İnter”in hücumçusu Lautaro Martinez fərqlənib. Qeyd edək ki, A qrupunda Çili və Peru komandaları da mübarizə aparırlar.