AZ

Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonunda qaz olmayacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məluməta görə, paytaxtın Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar 21.06.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
33
bakivaxti.az

10Mənbələr