AZ

Ucuz qiymətə alınan vaza amerikalı qadına sürpriz yaşatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı qadının mağazadan cəmi 4 dollara (təxminən 7 manat) aldığı vazanın yoxa çıxmış sivilizasiyanın artefaktı olduğu ortaya çıxıb.
Xoş təsadüf Vaşinqtonda yaşanıb.
Bildirilir ki, yerli sakin Anna Li Dozye mağazada maraqlı naxışlı gözəl bir vaza görüb və onu almaq qərarına gəlib.
"Vaza köhnə görünürdü, amma mən onun 20-30 yaşı olduğunu düşündüm. Turistlər üçün bir əl işinə oxşayırdı, mən də onu aldım", - deyə qadın xatirələrini bölüşüb.
İlin əvvəlində Dozye Meksikaya istirahətə gedib. O, antropoloji muzeyi ziyarət edib, oradakı eksponatlar onun aldığı vazaya çox bənzəyirmiş.
Qadın bu barədə muzey əməkdaşlarına danışıb və onlar ABŞ-dəki Meksika səfirliyinə müraciət etməyi məsləhət görüblər.
Evə qayıtdıqdan sonra Dozye vazanın şəkillərini səfirliyə göndərib. Orada artefaktı tez bir zamanda identifikasiya edə biliblər. Məlum olub ki, bu, eramızın 200-800-cü illərində Maya ustaları tərəfindən hazırlanmış əsl əl işidir.
Dozye bu qiymətli tarixi tapıntını geri qaytarmağa qərar verib. O, ailəsi ilə birlikdə Vaşinqtondakı Meksika Mədəniyyəti Muzeyində keçirilən xüsusi mərasimdə vazanı Meksikanın ABŞ-dəki səfiri Esteban Moktesumaya şəxsən təhvil verib. Amerikalı qadın dəyərli əşyanın vətəninə qaytarılmasında iştirak etdiyinə görə məmnun olduğunu bildirib. O əlavə edib ki, evdə üç kiçik övladı var və əgər onlar bu, demək olar ki, iki min illik vazanı sındırsaydılar, özünü bağışlaya bilməzdi.
Mənbə: UPI
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
oxu.az

4Mənbələr