AZ

Sumqayıtda yol qəzası olub, ölən və xəsarət alanlar var

Ağır yol qəzası bir nəfərin ölümünə səbəb olub
Bakı-Quba yolunda qəza baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda, “Yaşma bağları” adlanan ərazidə qeydə alınıb.
Yük avtomobilinin minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abduləli qızı Hüseynli hadisə yerində ölüb. Daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
8
ayna.az

9Mənbələr