AZ

HadisəGöygöldə avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində avtomobilin sürücüsü, Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü H.Medat, sərnişinlər - 1975-ci il təvəllüdlü R.Səmədov, 1986-cı il təvəllüdlü Ə.Əsgərov, 1975-ci il təvəllüdlü T.Səmədov və 1977-ci il təvəllüdlü F.İlyasov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

17:44

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "pikap" tipli avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
far.az

10Mənbələr