AZ

Tbilisidə “Qavrilov gecəsi”nin ildönümü ilə bağlı aksiya keçirilir

Tbilisidə, Gürcüstan parlamentinin binası yaxınlığında “Qavrilovun gecəsini xatırlayacağıq” aksiyası keçirilir.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, 2019-cu il iyunun 20-dən 21-nə keçən gecə Gürcüstan hakimiyyəti su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazdan istifadə etməklə dinc nümayişçiləri dağıdıb.

Mitinq iştirakçıları Kommunist Partiyasının üzvü Sergey Qavrilovun Gürcüstana səfərinə və parlament spikeri sədrinin görüşün rus dilində keçirilməsi cəhdinə etiraz ediblər.

Bu gün parlament binasına toplaşan vətəndaş fəalları, müxalifət nümayəndələri və sadə vətəndaşlar hakimiyyətə xatırladıblar ki, Gürcüstanın yolu Avropaya doğrudur və xalq dövlətin Rusiyaya tərəf dönməsinə imkan verməyəcək, - mitinq iştirakçılarından biri İrakli Pavlenişvili deyib.

QAZİLER.AZ

 

Seçilən
69
qaziler.az

1Mənbələr