AZ

Güclü külək Tərtər rayonuna da ziyan vurub

Güclü külək Tərtər rayonuna da ziyan vurub

İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata görə güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
8
ilk.az

9Mənbələr