AZ

Los-Ancelesdəki məktəblərdə mobil telefonlar qadağan ediləcək

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində şagirdlərə akademik saatlarda dövlət məktəblərində mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti tələbələrin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.

Buna görə 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və icra 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə aid edilib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
525.az

3Mənbələr