AZ

Boris Consonun yeni kitabı çıxacaq

Britaniyanın sabiq Baş naziri Boris Conson xatirələrinin əks olunacağı memuar kitabının oktyabrın 10-da işıq üzü görəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Unleashed” adlanan kitab Boris Consonun London meri olduğu vaxtdan tutmuş Brexit referendumundakı roluna və 2019-2022-ci illər arasında “Downing Street”dəki baş nazirlik dönəminə qədər bütün əsas məqamları əhatə edəcək.

Qeyd edək ki, bu ilin aprelində Boris Consonun varisi Liz Trassın “Qərbi xilas etmək üçün on il” adlı kitabı nəşr olunub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
teleqraf.com

7Mənbələr