AZ

XƏBƏRDARLİQ:iyunun 21 də yağış yağacaq,dolu düşəcək,çaylardan sel keçecek.

    Bakıda və Abşeron yarımadasında iyunun 21-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Avropa.info-ya verilən xəbərə görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan yağacağı ehtimalı var.Azərbaycanın rayonlarında iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.Qərb küləyi arabir 15-20 m/s, bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli sel keçəcəyi, daşqın olacağı gözlənilir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
49
avropa.info

10Mənbələr