AZ

Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə xəbərdarlığında deyilir.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
49
avtosfer.az

10Mənbələr