AZ

Qərb bu tarixdə Zelenskini dəyişəcək - Putin

Qərb bütün qeyri-populyar qərarları Ukrayna Prezidenti Vladimir Zelenskinin üzərinə yıxacaq və sonra onu biri ilə əvəz edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hanoyda jurnalistlərə açıqlamasında deyib.

“Qərbdə onu (Zelenski - red.) dəyişmək istəmirlər, zamanı deyil. Düşünürəm ki, bu, hər bir insan üçün aydındır. Bütün qeyri-populyar qərarları, o cümlədən hərbi xidmətə çağırış yaşının aşağı salınmasını onun üstünə yıxacaqlar, sonra dəyişəcəklər. Hesab edirəm ki, növbəti ilin birinci yarısında bu baş verə bilər”, - deyə Kreml rəhbəri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
bakivaxti.az

5Mənbələr