AZ

Bakıda binada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.

17:48

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsinin yaxınlığında güclü partlayış səsi eşidilib.

Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

İlkin məlumata görə, hadisə yaşayış binalarından birində qeydə alınıb. Partlayışdan sonra binada güclü yanğın başlayıb.

Sözügedən görüntüləri təqdim edirik:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
big.az

10Mənbələr