AZ

Hazırda ölkənin qərb rayonlarında güclü külək əsir - Faktiki hava

İyunun 20-si saat 20:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq hazırda ölkənin qərb rayonlarında güclü külək əsir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən və Göygöldə küləyin sürəti 21 metr/saniyədir.

“Narıncı” xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan və Şəmkirdə isə küləyin sürəti 26-30 metr/ saniyə təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
36
sia.az

10Mənbələr