AZ

Fransa Senatı “Total” şirkətini Azərbaycandan çıxmağa çağırdı

Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib.

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, “Total Energies”in fəaliyyəti qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində nəzərdən keçirilib.

Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur.

“Total Energies”in fəaliyyətini araşdıran Senat komissiyası ötən ilin dekabrında yaradılıb və onun hazırladığı hesabat ötən həftə yekdilliklə qəbul edilib. Ümumilikdə sənəddə 33 tövsiyə var. Maraqlıdəır ki, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi faktını Senat bilərəkdən xatırlatmayıb.

762145_src.jpg

“Total Energies” şirkəti XX əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir və Xəzər dənizindəki “Abşeron” qaz yatağında 35 faiz paya malikdir. Bakıdan təqribən 100 kilometr cənub-şərqdə yerləşən bu qaz-kondensat yatağından ilk qaz 2023-cü il iyulun əvvəlində hasil edilib. Bu yataqda ilkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat ehtiyatları isə 45 milyon ton həcmində qiymətləndirilir.

İlkin olaraq “Abşeron” yataında iştirak payları aşağıdakı kimi bölüşdürülüb: “Total” operator kimi 50 faiz, SOCAR 50 faiz. 2023-cü ilin avqustunda isə Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıb.

“Abşeron” yatağında hasilatın başlanması Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib. 31 avqust 2023-cü il tarixində “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Pouyanne Bakıda səfərdə olub və Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcək inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar üzrə danışıqlar aparıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
musavat.com

10Mənbələr