"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
"Valyuta.az"ın məlumatına görə, sığorta şirkəti barəsində məhkəməyə Əliyev Cavad Sərdar oğlu şikayət edib.
C.Əliyev məhkəmədə sığorta şirkəti barəsində "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr” üzrə iddia qaldırıb.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın icraatındadır.