AZ

Avropa İttifaqı 2025-ci il büdcə layihəsini hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Avropa İttifaqınınn (Aİ) 2025-ci il büdcəsinin 199,7 milyard avro olmasını təklif edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın 2025-ci il büdcə layihəsini açıqlayıb.

Belə ki, Aİ-nin gələn ilki büdcəsi 199,7 milyard avro olacaq.

Büdcədən əlavə, Avropa Komissiyası Kovid-19 pandemiyasının iqtisadi təsirlərinə qarşı hazırladığı bərpa proqramı çərçivəsində üzv ölkələrə 72 milyard avro vəsait paylayacaq.

Büdcə əsas diqqəti Avropanın strateji muxtariyyətinin və qlobal rolunun gücləndirilməsinə, onun yaşıl və rəqəmsal transformasiyasının sürətləndirilməsinə və məşğulluğun artırılmasına yönəldəcək. Büdcədən Ümumi Kənd Təsərrüfatı Siyasətinə 53,8 milyard avro, regional inkişaf və uyğunlaşma proqramlarına 49,2 milyard avro, beynəlxalq əməkdaşlıq və tərəfdaşlara 16,3 milyard avro, Ukraynaya 10,9 milyard avro kredit və 4,3 milyard avro qrant, tədqiqat və inkişaf proqramları üçün 13,5 milyard avro, strateji investisiyalar üçün 4,6 milyard avro, kosmik xərclər üçün 2,1 milyard avro, Erasmus təhsil proqramı üçün 4 milyard avro, sərhədlərin mühafizəsinə 2,7 milyard avro, miqrasiya ilə bağlı xərclərə 2,1 milyard avro və müdafiəyə 1,8 milyard avro ayrılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
banco.az

2Mənbələr