"Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub".
7News.Az report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur:
"Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək".
7News.Az