AZ

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxladı

İngiltərə Mərkəzi Bankı (BoE) pul siyasəti faizini dəyişməyərək 5,25 faiz səviyyəsində saxlayıb.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın faiz dərəcəsini 5,25 faiz (2008-ci ildən bəri ən yüksək səviyyə) səviyyəsində sabit saxlayacağı gözlənilirdi.

İngiltərə Bankının sədri Andrew Bailey şərhində bildirib ki, inflyasiyanın 2 faizə düşməsi yaxşı xəbərdir: "İnflyasiyanın aşağı səviyyədə qalacağına əmin olmalıyıq və buna görə faizləri hələlik 5,25 faiz səviyyəsində saxlamaq barədə qərar verdik”.

Böyük Britaniyada illik inflyasiya may ayında 2% təşkil edib. Apreldə illik inflyasiya 2,3 faiz təşkil etmişdi. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 2 faizə düşəcəyi idi. May ayında illik inflyasiya 2021-ci ilin iyul ayından bəri ən aşağı illik inflyasiya olub.

Aylıq olaraq müsbət mənzərə də müşahidə olunur. Məlumatlara görə, may ayında aylıq inflyasiya 0,3 faiz olub. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri aylıq qiymət artımının 0,4 faiz olacağı idi. Eyni dövrdə baza inflyasiyası bazar gözləntilərinə uyğun olaraq 3,5 faizə enmişdir. Apreldə ölkədə baza inflyasiyası 3,9 faiz təşkil etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
27
marja.az

10Mənbələr