AZ

Bu günədək tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Bu günədək Azərbaycanda kümçülər tərəfindən tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib.  Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
 

Zərdab kümçüləri tədarük məntəqələrinə 40,481 tondan artıq yaş barama təhvil veriblər. Zaqatala, Ağcabədi və Balakən kümçüləri də yüksək məhsuldarlıq əldə ediblər.

Bugünədək Zaqatalada 25,226 ton, Ağcabədidə 21,585 ton, Balakəndə 18,091 ton yaş barama tədarük olunub.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9 000 qutu ipəkqurdu toxumu paylanıb.
 
2021-ci ildə isə barama istehsalı 497.4 tona qədər artsa da, 2022-ci ildə isə 31 faiz azalaraq 341 ton olub.
 
Ötən ilin yanvar-noyabrında Azərbaycan cəmi 1.7 milyon ABŞ dolları dəyərində ipək ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49.4 faiz azdır.

2022-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvanda yaş barama tədarükü aparılır.
 
Aytac Zeynalova



www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
15
anews.az

10Mənbələr