AZ

Həcdə ölən zəvvarların sayı 1000 nəfəri keçdi 

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 

Daha əvvəl 600 zəvvarın öldüyü barədə məlumat verilmişdi.  SEO Xidməti

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb. 

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. 

Bu il təqribən 1 milyon 830 min zəvvar Həcc ziyarətinə gedib, onlardan 1,6 milyonu əcnəbidir. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
yenisabah.az

10Mənbələr