AZ

Futzal yığmamız FIFA reytinqində 29-cu sırada

Futzal üzrə Azərbaycan milli komandası yeni açıqlanmış FIFA-nın reytinq cədvəlində 29-cu pillədə qərarlaşıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.

Aktivində 1139,38 xal olan Azərbaycan millisi 29-cü pillədə qərarlaşıb.

Siyahıya isə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir. AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərimizdən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.

Seçilən
46
14
arena.az

10Mənbələr