AZ

Xaqani Məmmədova 2 il şərti cəza verildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Prosport.Az xəbər verir ki, toplantıda Premyer Liqada son klubu “Araz-Naxçıvan” olan Xaqani Məmmədovla bağlı məsələ müzakirə olunub.

48 yaşlı məşqçi “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb. Sınaq müddəti 24 ay təyin edilib.

Qeyd edək ki, Məmmədov ötən mövsüm əvvəl “Qəbələ”də, sonra “Araz-Naxçıvan”da çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
prosport.az

3Mənbələr