AZ

30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi - FOTOLAR

Bank sektorunda aktiv işəgötürən şirkətlərdən biri kimi "Yelo Bank "tez-tez əmək yarmarkalarında, karyera sərgilərində iştirak edir. Məqsəd iş axtaran potensiallı gənclərlə tanış olmaq, onlara "Yelo"-dakı karyera fürsətlərini tanıtmaq və onları namizəd kimi dəyərləndirməkdir. Bu cür tədbirlərə gənclərin marağını dəyərləndirən "Yelo Bank", Dövlət Məşğulluq Agentliyi ilə birlikdə bu dəfə özü əmək yarmarkasına ev sahibliyi etdi. "Yelo Career Festival" adlı əmək yarmarkasında 30-dan çox şirkət 300-dən çox vakansiya ilə iştirak etdi. Yarmarkaya qatılan yüzlərlə gənc başda Yelo Bank olmaqla, müxtəlif sektorları təmsil edən prestijli şirkətlərin aktiv vakansiyaları ilə tanış olmaq, yerindəcə müraciət etmək və dəyərli əlaqələr qurmaq imkanına nail oldular. Tədbirin yekununda iştirakçı qismində qatılan şirkət nümayəndələrinə Yelo-dan təşəkkür sertifikatları təqdim edildi.

Seçilən
16
17
azpolitika.info

10Mənbələr