AZ

Niyam Rəhim Rəhimlidən danışıb AĞLADI

Müğənni Niyam Salami mərhum həmkarı Rəhim Rəhimlidən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, “Rəngarəng səhər” verilişində qonaq olan ifaçı Rəhim Rəhimlinin anası ilə münasibətlərindən bəhs edib.

O, zamanı olduqca mərhum həmkarının aləsini ziyarət etdiyini bildirib:

“Ana nə desin? Balasından nə danışsın? “Balam” deyib ağlayır, mən də ağlayıram. Əşyalarını saxlayır. Sonuncu dəfə gedib papaqlarını götürdüm...(ağlayır) Dedim, “onları ver mənə”. Soruşdu ki, “onları nə edəcəksən?” Aldatdım ki, klip çəkəndə qoyacam. Gətirdim, evdə saxlayıram...”

Qeyd edək ki, Rəhim Rəhimli ölümündən öncə Niyam Salami ilə küsülü olub.

Ziyafət Əlisoy

Seçilən
50
6
bakivaxti.az

8Mənbələr