AZ

“PAŞA Kapital” ”Kapital Bank”-ın 50 milyon manat həcmində istiqrazlarını birjaya yerləşdirdi

Bakı. Trend:

13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında "Kapital Bank”ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarıyerləşdirildi. Premium bazar seqmentində listinqə daxil edilmişqiymətli kağızların ümumi həcmi 50 000 000 AZN təşkil edib.

İstiqrazlar üçün abunə yazılışı 5 iş günü ərzində davam edəcək,14 iyun 2024-cü il tarixindən başlayacaq və 25 iyun 2024-cü iltarixinə tamamlanacaq. Qiymətli kağızların yerləşdirilməsi 27 iyun2024-cü il tarixində həyata keçiriləcək.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominaldəyəri 100 AZN, tədavül müddəti isə 1 il təşkil edir. Gəlirəgəldikdə isə, qiymətli kağızlar investorlara illik 10% gəlirliliktəmin edəcək. İstiqrazların ödəmə periodu ildə günlərin sayı 360(üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim günününbaşa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraqtəyin edilib. Anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSColan qiymətli kağızların sayı 500 000 ədəd təşkil edir.

İstiqrazlara investisiya ilə maraqlanır, kapital bazarlarındaetibarlı maliyyə alətlərinə yatırım etmək istəyirsinizsə, “PAŞAKapital” ilə əlaqə saxlaya bilərsiniz.

“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflıməlumat üçün https://www.pashacapital.az/rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlayabilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
az.trend.az

10Mənbələr