AZ

UEFA Serbiya Futbol İttifaqını cərimələdi

UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.

Modern.az xəbər verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.

UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.

Qeyd edək ki, Serbiya - İngiltərə matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti turda Serbiya millisi Sloveniya, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Hər iki görüş iyunun 20-də baş tutacaq.

Avropa çempionatı iyulun 14-dək davam edəcək.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
17
cebheinfo.az

10Mənbələr