AZ

Ağcabədidə yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə yabanı halda bitən 4 tondan artıq 3500 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Seçilən
85
32
apa.az

10Mənbələr