AZ

HadisəGədəbəydə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB 

Gədəbəydə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər - 1976-cı il təvəllüdlü B.Fətullayev və 1957-ci il təvəllüdlü E.Gülməmmədovadır.

Qeyd edək ki, hadisə "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

21:41

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
far.az

10Mənbələr