AZ

Qurban Qurbanov rahat deyil: “Hamı fikirləşir ki…”

“Bütün komandalarımıza uğurlar arzulayıram.

Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm.

İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq".

Ölkə.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Ağdam təmsilçisi bu mərhələdə “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Q.Qurbanov bu matçlara çox ciddi hazırlaşacaqlarını deyib:

"Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır.

Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
olke.az

10Mənbələr